İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Davudoğlu: “Türkiyə heç kimi hədələmir...”

1078 24.02.2015 18:32 Son xəbər A A


Türkiyə ordusunun Suriyadan “Süleyman Şah” türbəsini təxliyə əməliyyatı mübahisə predmeti ola bilməz. Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Macarıstanda keçirdiyi mətbuat konfransında bildirib. 

“Türkiyə birbaşa və ya dolaysıyla heç kimi hədələmir. Biz özümüzün beynəlxalq hüququmuzdan istifadə eləmişik və bu xüsusda hər hansı mübahisəyə yer yoxdur. Ona görə BMT-ni xəbərdar eləmişik”, - deyə baş nazir Suriyanın hazırkı rəhbərliyinin narazılığını şərh edərkən qeyd edib. 

Əhmədoğlu Türkiyə ordusunun nəzarətə götürdüyü Yaşmanın - yeni mavzoley üçün yerin də Türkiyə ərazisi olduğunu xatırladaraq əlavə edib ki, Ankara öncədən əməliyyat haqda “Suriya Azadlıq Ordusu” və Suriyadakı kürd özünü müdafiə qüvvələrini də xəbər edib. 

“Təxliyə də məhz Türkiyənin nəzarətindəki ərazi vasistəsi ilə həyata keçirilib” – deyib baş nazir.

Qeyd edək ki, rəsmi Ankara Bəşər Əsəd hökumətinin legitimliyini tanımadığı üçün ona xəbərdarlıq ünvanlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR