İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Davudoğlu 3 nəfərin öldürüldüyü silahlı toqquşmadan danışdı

921 28.12.2014 14:07 Dünya A A
Türkiyənin baş naziri Əhməd Davudoğlu dünən iki silahlı qrup arasında baş verən toqquşma barədə danışıb. 

Musavat.com-un məlumatına görə, Cizrə rayonunda baş verən və üç nəfərin öldürüldüyü silahlı toqquşma PKK-nın gənclik qolu ilə Xüda-Par qrupları arasında baş vermişdi. 

Ə.Davudoğlu bildirib ki, hadisənin daha da alovlanmaması üçün addımlar atılıb və dövlət hər yerdə hər cür tədbir görmək gücündədir. 

"Dünən hadisəni daha da qızışdırmaq istəyənlər oldu. Başqa rayonlardan Cizrəyə gəlib hadisələrə qoşulmaq istəyənlər var idi. Tamamiylə əmin olun ki, bunun qarşısını aldıq və təxribatçılar həbs olundu. Dövlətmiz hər yerdə, hər cür tədbir görmək gücündədir" - baş nazir deyib.

Gülnar

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR