İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Azərbaycanda bu tarixdə QAR YAĞACAQ

8682 01.04.2025 16:18 Ölkə A A

Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR