Turizm mövsümü hesab olunan yay fəsli artıq qapıdadır. Dolayısı ilə əhali də indidən istirahət planları üzərində düşünür. Lakin son illər yaşanan iqtisadi böhran, əhalinin gəlirlərinin azalması fonunda əksər vətəndaşların yay istirahətini arzuladıları kimi keçirə bilməyəcəyini indidən demək olar.
Bu sahədə sosial araşdırmalar olmasa da, ictimai rəy baxımından biz bəzi suallara cavab tapmağa çalışdıq. Görəsən, orta statistik Azərbaycan vətəndaşının yay istirahəti üçün ayırdığı büdcə varmı? Varsa, gəlirlərinin neçə faizini təşkil edir? İnsanlar xarici ölkələrə səfər etməyə, yoxsa yerli turizmin imkanlarından yararlanmağa həvəslidirlər.
Müsavat.com olaraq bu suallara cavab almaq üçün şəhər sakinləri arasında sorğu keçirdik. Cavablardan da bəlli oldu ki, gəlirlərin azalması bir çox insanların xaricə səyahət arzusunu ürəyində qoyub. O mənada əksəriyyət Azərbaycanın rayonlarında dincələcəyini bildirdi. Turizm bölgələrimizdəki qiymətlərin hədsiz yüksək olmasından şikayətlənənlər də az olmadı.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Mərd,
Musavat.com






