İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əgər Rusiya onun getməsinə rəy verərsə ..." - Ermənişünas alimdən Paşinyanla bağlı AÇIQLAMA

2678 25.02.2021 20:51 Gündəm A A

“Ermənistanda həqiqətən Serj Sarkisyanın açıqlamasından sonra durum qarışdı. Rusiya silahlarının, o cümlədən “İsgəndər” raketlərinin bir işə yaramadığı barədə dedikləri vəziyyəti gərginləşdirib”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a Ermənistanda baş verən hadisələri şərh edərkən bildirib. Ermənişünas alimin fikrincə, bu işin bir ucunda Rusiya var: “Əlbəttə, bu Rusiyanın xoşuna gəlməyib və ola bilsin ki, Rusiya Paşinyanı cəzalandırmaq tədbirləri görsün”. Bəs, gözlənilən cəza tədbirləri nə ola bilər? Q.Çaxmaqlı: “Artıq Ermənistan ordusunun baş naziri istefaya çağırması və Paşinyanın bunu bir çevriliş cəhd hesab etməsi qarşıdurmanı dərinləşdirməyə doğru istiqamət götürür. Paşinyan hakimiyyəti vermək istəməyəcək. Əgər Rusiya onun getməsinə rəy verərsə, Paşinyanın istefası qaçılmaz olacaq. Amma Rusiya 10 noyabr 2020 razılşmasının davam etməsini istəyir və onu həyata keçirən də indiki halda Paşinyan olduğundan Rusiya kontrolu əldə saxlamaq istəyəcək”. Politoloq digər məqama da diqqət çəkdi: “Bu da bir gerçəkdir ki, Paşinyanı müdafiə edən güc strukturları arasında ordu əsas yer tuturdu. Ordunun başında olan hərbçilərin nə dərəcədə Paşinyana bağlı olduqları barədə hələ ki, ciddi bir fikir söyləmək mümkün deyildir. Baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsini Müdafiə Nazirliyinin içərisində məqbul variant kimi qəbul edənlər var. Son savaşda yer alan adamlar sağ qaldıqlarına görə Paşinyana minnətdardırlar və ordunun taçmamanın ona qarşı çıxmaması ehtimalı da vardır”.

Qafar Çaxmaqlı — Vikipediya

Rusiyanın baş verənlərə neytral qalmasına və baş verənləri Ermənistanın daxili işi hesab etməsinə baxmayaraq, Q.Çaxmaqlı bu qənaətdədir ki, əsas aktyorun Rusiya olduğunu bilməmiz şərtdir: “Paşinyanın getməsi durumunda Rusiyanın şərtləri ola bilər. Rusiya Paşinyanı 10 noyabr razılaşmasının qarantoru sayır, yeni adamın bunun davam etdirilməsini istəyəcək. Belə bir öhdəliyi üzərinə götürən adam yoxdur. 17 siyasi təşkilat və “ Vətənin xilası Hərəkatı” adlı qüvvələrin açıqlamalarında bu razılaşmanın qanunsuz və kapitulyasiya olduğunu bildirir. Əgər belə bir razılaşma olacaqsa, o zaman Paşinyan istefaya göndəriləcək. İndiki halda Rusiyadan hər hansı açıqlamanın olmaması da düşüncürücüdür. Paşinyan bu gün tərəfdarlarını küçələrə çağırdı. Polis də Paşinyanın tərəfindədir. Ümumilikdə Ermənistan çevriliş və vətəndaş müharibəsinin ərəfəsindədir”.

Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR