“Əgər Ukrayna üzərində səmanın qapanması ilə bağlı çağırışlarımızı liderlər eşitməsə, biz dəstək üçün dünya xalqlarına müraciət edəcəyik”.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözlər prezident Vladimir Zelenski tərəfindən növbəti video-müraciəti zamanı səsləndirilib.
“Əgər liderlər savaşı durdurmaq üçün səylər göstərməsə, mən birbaşa dünya xalqlarına müraciət edəcəyəm. Bu bir soyqırımdır. Əlbəttə ki, biz tərəfdaşlarımızla ünsiyyəti davam etdirəcəyik. Lakin elə şeylər var ki, danışıqlarla həll olunmur. Bunlar özümüzdən asılı olan məsələlərdir. Bu aparıcı paytaxtlarda qalib gəlməli olan insanlıqdır. Qorxuya qalib gəlməliyik. Maraqlar üzərində zəfər qazanılmalıdır. O zaman biz Ukrayna səmalarının qapadıldığını görərik”, - deyə dövlət başçısı bildirib.
Musavat.com






