İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əgər Əhməd Obalıya qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa..."

881 21.05.2023 21:57 Siyasət A A

"Əhməd Obalı vaxtilə GünAz TV-ni təsis etməklə mürəkkəb bir işə girişib, dostlar qazanmaqla yanaşı, düşmənlərinin də hədəfinə gəlib".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.

E.Şahinoğlu qeyd edib ki, GünAz TV təsis edildiyi ilk gündən Əhməd Obalı İranın Azərbaycan əleyhinə dövlət təbliğatına, "Səhər" televiziya kanalının davamlı təxribatlarına qarşı mübarizə aparıb:

"Bu mübarizə Tehranı hər zaman rahatsız edib. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, demək İran "şeytan" adlandırdığı əsas düşməni ABŞ ərazisində də hədəf seçdiyi insanları təqib edə bilir. Amerikada şah tərəfdarları da fəaldırlar, onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür, onlardan da təxribat gözləmək mümkündür".

Qeyd edək ki, Əhməd Obalının yaxın qohumu, GünAz TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı hazırda onun vəziyyətinin orta ağır olduğunu deyib:

"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik". 

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir:

"Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR