İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər Azərbaycanın neft kapitalı varsa, Ermənistanın da insan kapitalı var” - Karen Karapetyan

4024 25.03.2017 11:48 Region A A

 Ermənistanın ağır sosial iqtisadi vəziyyətə düşdüyü bir şəraitdə davam edən seçki kampaniyasında çox çətin suallarla üz-üzə qalan erməni hakimiyyətinin təmsilçiləri müxtəlif vasitələrlə vəziyyətdən çıxmağa çalışırlar. Bu dəfə də Ermənistanın baş naziri vətəndaşların kütləvi şəkildə ölkəni tərk etməsini, hətta ordudakı kişi qıtlığı faktını “unudub” guya “insan kapitalı”na önəm vermələrindən dəm vurub.

“Əgər Azərbaycanın neft kapitalı varsa, Ermənistanın da insan kapitalı var” - deyə baş nazir Karen Karapetyan iddia edib.

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, baş nazir bu sözləri İrəvan administrasiyasının Davidaşen rayonundakı seçicilərlə görüşündə deyib. Yerli məktəblərdən birinin müəlliməsinin sualına cavab verərkən Karapetyan uzun müddət neft sahəsinə yaxın sənaye müəssisəsində, “ArmRosqazpromom”a rəhbərlik etdiyini, daha sonra “Qazprom”da yüksək vəzifədə işlədiyini xatırladıb. Bildirib ki, ona görə də bu sahəni kifayət qədər yaxşı bilir. “Belə bir ifadə var – “lənətlənmiş resurs”. Dünya indeksində belə ölkələr heç vaxt xoşbəxtlər sırasında ola bilmir. Orada o ölkələr lider olurlar ki, orada əmək və yaradıcılıq üçün imkanlar yaradılır. Harda ki, insan özünü təsdiq edir, ölkəsinə də xeyir gətirir. Bizdə kapital budur - insan kapitalı” - erməni baş nazir iddia edib.

Cavid TURAN,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR