İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanın qadın futbol yığması ölkədən qaçıb

376 15.09.2021 19:40 Dünya A A

Qadın futbolçulardan ibarət Əfqanıstan millisi ölkədən qaçıb.

"Report" xəbər verir ki, bu barədə Pakistanın İnformasiya naziri Favad Çaudri "Daily Sabah"a açıqlamasında bildirib.

O, idmançıların Əfqanıstan - Pakistan sərhədindəki "Torham" keçid məntəqəsində olduqlarını bildirib. Çaudri oyunçuların Pakistan Futbol Federasiyası tərəfindən qəbul edildiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, daha əvvəl Avstraliya "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandakı bir neçə futbolçunu təxliyə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR