İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda ŞOK QƏRAR: parklarda qadınlar və kişilər ayrı-ayrı günlərdə gəzməlidirlər

412 27.03.2022 15:17 Son xəbər A A

Əfqanıstanda "Taliban" hökuməti Kabildə kişilər və qadınların parkları eyni vaxtda ziyarət etməsini rəsmi olaraq qadağan edib. AzVision.az xəbər verir ki, bu barədə Qadağalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazar, bazar ertəsi və çərşənbə axşamı qadınlar hicab taxmaq şərti ilə əyləncə parklarına baş çəkə bilərlər. Həmin günlərdə kişilərin ora getməsinə icazə verilmir.

Kişilər isə həftənin qalan günləri, yəni çərşənbə günündən şənbə gününə qədər parkları, əyləncə məkanlarını ziyarət edə bilərlər. "Taliban" nümayəndələri qeyd edilən günləri silahsız və hərbi nişansız gəzə bilər.

Açıqlamada qeyd olunur ki, bu qaydaların pozulması halında parkların sahibləri və rəhbərliyi məsuliyyətə cəlb olunacaq.

Bundan başqa, fərmana əsasən, Kabildə vətəndaşların ailələri ilə birlikdə ziyarət etdikləri digər turizm yerlərində qadınlardan hicab taxmaq və “yad adamlarla ünsiyyətdən çəkinmək” tələb olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR