İnsanlara hürriyət, millətlərə istiqlal!

Eduard Şarmazanovdan Paşinyanla bağlı ŞOK SÖZLƏR 

2247 10.11.2023 17:35 Son xəbər A A

“Nikolizm dövlətçilik üçün ölümcül ola biləcək bir epidemiyadır. Siz “Qarabağ, yoxsa asfalt” seçimində asfaltı, “qələbə, yoxsa məğlubiyyət” arasında isə məğlubiyyəti seçdiyiniz zaman yollarda türk yük maşınlarının sürücülərinə qarğıdalı satanlara çevriləcəksiniz”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının İdarə Heyətinin üzvü, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb.

“Biz təslim olduqdan sonra belə, müttəfiqlər, tərəfdaşlar və hətta düşmənlərimizin təəccübünə rəğmən, gedib Nikolu seçərkən öz əlimizlə evimizi yıxdıq. Azərbaycan Paşinyanın zəifliyindən istifadə edərək Qərb, İran və Rusiya ilə münasibətləri gücləndirir. Qərb Əliyevi etibarlı tərəfdaş hesab edir, Rusiya və İran isə uzunmüddətli strategiya hazırlayır. Bəs Ermənistan haradadır?

Ermənistan yoxdur, çünki Nikol ölkəni tamamilə Türkiyəyə tabe edib. Dünya erməni məsələsində bizimlə deyil, türklərlə danışıqlar aparır. Nikolizm insanlar üçün çirkab suların istifadəsi kimi dövlətçiliyə ölümcül ola biləcək epidemiyadır”, - deyə Şarmazanov qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR