İnsanlara hürriyət, millətlərə istiqlal!

Eduard Məmmədov sevgilisinin ad gününü belə qeyd etdi - Video

1864 16.12.2022 16:56 Şou-biznes A A

Kikboks üzrə 26 dəfə dünya çempionu olan Eduard Məmmədov stilist Şəhanə Mehrəliyeva ilə sevgilidir.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, cütlük ötən gün Şəhanənin ad günündə səmimi görüntülənib. Videoları stilist və qonaqlar sosial media hesabında paylaşıb. Görüntülərdə Eduardın içkili olduğu diqqət çəkib.

Ad günündə Əməkdar artistlər Vasif Məhərrəmli, Ədalət Şükürov, rəqqasə Rəna Ağamuradova (Renka) da çıxış ediblər. Ə.Şükürov isə Eduard və sevgilisindən danışaraq, onlara xoşbəxtlik diləyib. 

Qeyd edək ki, E.Məmmədov bir dəfə ailəli olub və boşanıb, əkiz övladı var. 

O, Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır və nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR