İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədliyyə Nazirliyi daha bir partiya sədrinə sonuncu cavabı verdi

1201 07.09.2023 13:09 Siyasət A A

Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyanın qeydə alınması prosesi davam edir. Bu gün daha bir partiya qeydə alınıb. Bu, Böyük Azərbaycan Partiyasıdır.

Partiya sədri Elşad Musayev Musavat.com-a verdiyi məlumatda bunları deyib

“Məktubu bu gün aldıq. Əslində dünən axşamdan Ədliyyə Nazirliyindən zəng edib, partiyamızın qeydə alındığı barədə məlumat vermişdilər. Müavinim Vüqar Qasımov sənədləri götürdü. Bununla nazirlik tərəfindən Böyük Azərbaycan Partiyasının üzvlərinin üzvlərinin reysteri təsdiq edildi. Üzvlərimizi təbrik edirəm”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR