Ədalət Şükürovun aparıcıyla ailə müzakirələri: "Öz həyatlarını müzakirə etsən, dəhşətli məqamlar çıxar”
ANS-də yayımlanan “Bazar səhəri” verilişində mübahisə düşüb.
Aparıcı-bəstəkar Sədaqət Rəşidqızının ailə ilə bağlı səsləndirdiyi fikirlər digər qonaqların etirazına səbəb olub:
“Subayamsa, demək hələ ağıllıyam. İnsan ağlını itirəndə son həddə ailə qurur. Bir-birini tanımadan, bələd olmadan ailə qurmaq böyük günahdır. Xaricdə yaşasaydım, vətəndaş nikahının tərəfdarı olardım. Son vaxtların statistikası göstərir ki, Avropada nikahlar azalmağa başlayır. Orda insanlar uzun müddət bir yerdə yaşayıb ailə qurur”.
S.Rəşidqızının fikrinə müdaxil edən əməkdar artist Elza Seyidcahan isə bildirib ki, Azərbaycanda vətəndaş nikahı Avropadan çoxdur:
“Hətta dırnaqarası toylar da olur. Ataları məlum olamayan uşaqlar var. Hamısının da adını Məhəmməd, Yusif, Fatimeyi Zəhra qoyurlar. Bizdə efirdə evlilik verilişləri oldu. Gördük də 13-15 yaşlı qızları...”
Əməkdar artist Ədalt Şükürov isə ailə həyatının müzakirə edilməsinin tərəfdarı olmadığını deyib:
“Şəxsi həyat şəxsi həyatdır. Onun müzakirəsi yolverilmzdir. Kiminsə şəxsi həyatını müzakirə edən xalalar, bibilər var ha, onların öz həyatlarını müzakirə etsən ortaya dəhşətli məqamlar çıxar”. (AzNews.az)






