İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbülfəz Qarayev: “Milli Musiqi Gününü Qarabağda qeyd etməyənə qədər bu ağrı qəlbimizdə qalacaq”

351 18.09.2019 17:58 Mədəniyyət A A

“Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılanır”. 

Musavat.com bildirir ki, bu sözləri mədəniyyət naziri Əbülfəz Qarayev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbirdə bildirib. 

Nazir bu il də dahi bəstəkarın doğum gününün ölkəmizdə geniş şəkildə qeyd edildiyini deyib: “Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı dünyaya yenə də böyük sənətkarlar bəxş edəcək. Milli Musiqi Gününü Qarabağda qeyd etməyənə kimi bu ağrı hər bir azərbaycanlının qəlbində qalacaq. Əminəm ki, bu günü Şuşada qeyd edəcəyik”.

Xalidə Gəray,
Elçin Əkbərov,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR