İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbülfəz Elçibəyə həqarətə cəmiyyətdən sərt etirazlar

1971 23.07.2019 08:40 Gündəm A A

Tanınmış siyasət adamları Leyla Yunusun absurd iddialarını rədd edir

Leyla Yunusun milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyi “KQB agenti” adlandırması Azərbaycan cəmiyyətində etirazla qarşılanıb. Ölkənin tanınmış siyasətçilərindən Leyla Yunusa sərt cavablar gəlməkdədir.

AXP sədri Pənah Hüseyn Leyla Yunusu mənasız və səhv ifadələr işlətməkdə ittiham edib: “Belə mənasız və səhv ifadələr haqqında, ümumiyyətlə, fikir bildirməyin özü düzgün deyil. Əbülfəz Elçibəy haqqında kimlər tərəfindənsə zaman-zaman ortaya atılan iftiraların gündəmə gətirilməsinə ehtiyac yoxdur. Elçibəy haqqında hədyan danışanlar qələt eləyir. Elçibəy Azərbaycanın dahi şəxsiyyətlərindən biridir. Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələnmiş milli hərəkatın lideridir. Hələ də yüz minlərlə insan tərəfindən sevilən şəxsiyyətdir, şəxsən mənim də liderimdir. Bundan əlavə, Elçibəy böyük ideoloq, filosof və dövlət adamıdır.

AXP sədri Pənah Hüseyn ile ilgili görsel sonucu

Onun adı Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı çəkilir və çəkilməyə də davam edəcək. Elçibəyin doğum və anım günlərində məzarı başında, müstəqillik və Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində ”Elçibəy" deyə hayqırıb, şüar səsləndirən gənclərin sevgisi, Elçibəy haqqında boş-boş danışan, ona qarşı hələ də düşmənçilik edənlərə ən gözəl cavabdır".

Ä°lgili resim

KXCP sədri Mirmahmud Mirəlioğlu isə Leyla Yunusun Elçibəy haqda fikirlərini anormallıq adlandırıb: “Mən onun cavabını elə öz təbirincə də verməyi məqsədəuyğun sayıram. Yunusun doğma dilində buna belə deyirlər. Luçşe pozdna, çem nikoqda. Lap doğma dilində isə.... aveli uş, kan yerbek...”

Ä°lgili resim

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib məsuliyyətə cəlb edə bilmədi: “Leyla Yunus həmin dövrdə Müdafiə Nazirliyinə işə agent kimi göndərilmişdi və qəbul olunmuşdu. Yoxsa adamdan soruşarlar ki, sən tarixçi və akademiyanın elmi işçisi, bir gün də nə jurnalist, nə də analitik fəaliyyətlə məşğul olmamış adam, sən hara Müdafiə Nazirliyinin Mətbuat və Analitik Mərkəzi hara? Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olub. Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, özünə Elçibəyçi deyib Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə, o cümlədən bu əməkdaşlıq edib müdrikcəsinə susan Milli Şura rəhbərləri də. Bu tipli adamlar müttəfiqlərini özləri seçmir. Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə isə Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları onu qorxudan satmışdı. Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəlakətdən və məhv olmaqdan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən onu Bakıya dəvət etdi və Leyla kimi casusların arzularını gözündə qoydu”.

Lalə Şövkət Hacıyeva ile ilgili görsel sonucu

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyevanın isə Elçibəyi müdafiə edən kiçik yazısı sosial şəbəkədə paylaşılıb: “Milli ruhumuzun sahibi Elçi Bəy mənim üçün kimdir? Elçi Bəy mənim üçün susaraq danışdığım və baxışaraq anlaşdığım yeganə insan idi! Elçi Bəy böyük bir insan idi! Böyük məqam sahibi, böyük zənginlik sahibi olmaq asandır. Böyük insan adına layiq olmaq müstəsna bir durumdur. Kimdir Böyük İnsan? Böyük amacı-hədəfi olan və ömrünü onun uğrunda qurban verən İnsan. Hər türlü yolu məşru-qanuni görməyən, yalnız əxlaq və mənəviyyat yolu ilə gedən, ləyaqətini, idealını, məğrurluğunu üstün tutan! Əyilməyən, bükülməyən, mərdcə yaşamağı və ölməyi bacaran İnsan! Budur Böyük İnsan! Budur Böyük Bəy! Budur Elçi Bəy!”

Elşad Musayev ile ilgili görsel sonucu

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, heç kim Leyla Yunusa haqq verməyib ki, Elçibəy kimi şəxsiyyətə “KQB agenti” desin: “Elçibəy hakimiyyəti dövründə biz müxalifətdə olmuşuq. Amma Leyla Yunus vəzifədə olub. İndi heç kim ona haqq verməyib ki, Elçibəyə böhtan atsın, damğa vursun. Elçibəy milli-azadlıq hərəkatının lideri olub. Milli-azadlıq hərəkatının liderini agent kimi təqdim eləmək bizim hamımıza böyük təhqirdir. Elçibəy hakimiyyətində təmsil olunub ondan yararlananlar var. Onlar təəssüf ki, səslərini çıxarmırlar. Deməli, onlar əslində səmimi Elçibəyçi olmayıblar. Əsl Elçibəyçilər kənarda olmuş insanlardır.

Erməni qarışığı olanların mili insanlara patoloji nifrəti var. Leyla Yunusun Elçibəy haqda fikirlərini rədd edirəm. KQB agenti olmuş insanların özləri Elçibəy kimi insanları qəsdən qaralayırlar. Cəmiyyət Elçibəy kimi şəxsiyyətin təhqir edilməsinə təpkisini verməlidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR