İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabi şirkəti dünya nəhənglərini maye qaz layihəsinə yığdı

551 10.07.2024 20:07 Dünya A A

Mitsui&Co., bp, Shell və TotalEnergies şirkətlərinin hər biri Birləşmiş Ərəb Əmirliklərində işlənən Ruwais LNG layihəsində 10 faiz pay alacaq.

Musavat.com layihənin operatoru olan ADNOC şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, ADNOC özü 60 faiz nəzarət paketini saxlayacaq.

Bundan əlavə, ADNOC beynəlxalq tərəfdaşlarla bir neçə yeni uzunmüddətli LNG satış sazişi imzalayıb. Bura Shell ilə 1 milyon ton LNG və Mitsui&Co ilə 0,6 milyon ton maye qaz alışı sazişi də aiddir. Bu müqavilələrlə layihədən LNG satmaq öhdəliyi gücün 70 faizinə çatacaq.

ADNOS daha əvvəl elan etmişdi ki, Ruwais LNG ilə bağlı yekun investisiya qərarının 2024-cü ildə verilməsi gözlənilir. Zavod hər biri ildə 4,8 milyon ton (ildə cəmi 9,6 milyon ton) istehsal gücünə malik iki mayeləşdirmə xəttindən ibarət olacaq və ADNOC-un LNG istehsalı imkanını ildə 6 milyon tondan 15,6 milyon tona qədər artıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR