İnsanlara hürriyət, millətlərə istiqlal!

Ebola virusunun peyvəndi tapıldı

503 13.11.2019 20:30 Maraqlı A A

Ümumdünya Səhiyyə Təşkilatı nəhayət ki, ilk dəfə olaraq Ebola peyvəndini təsdiqləyib. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Ebola virusu ucbatından hər il Afrikada minlərlə insan dünyasını dəyişir.

ÜST-ün açıqlamasına görə, ABŞ dərman şirkəti olan Merck tərəfindən hazırlanan Ervebo adlı ebola peyvəndi ÜST-nin keyfiyyəti, təhlükəsizliyi və fayda standartlarına cavab verir.

Bu günə qədər ÜST tərəfindən ən sürətli əvvəlcədən seçmə prosesi keçirən dünyanın ilk tanınmış peyvəndi Ervebonun 2020-ci ilin ortalarında təqdim ediləcəyi gözlənilir.

Həftənin əvvəlində Avropa Komissiyası tərəfindən təsdiqlənmiş peyvənd, 2000-dən çox insanın virus səbəbi ilə həyatını itirdiyi Konqo Demokratik Respublikasında uzun müddət sınaqdan keçirilib.

Qeyd edək ki, ebola virusu ilk dəfə 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılmağa başlayıb. 

2014-2017-ci illərdə Qvineya, Liberiya və Sierra Leone-da baş verən hadisədə 30.000 insan bu virusa yoluxub,  və 11 mindən çox insan dünyasını dəyişib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR