Ebola son 40 ilin ən qorxulu virusudur
ANS PRESS-in məlumatına görə, bu sözləri Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan deyib.
Marqaret Çan virusun qarşısını almaq məqsədilə bir çox ölkədən alim və tədqiqatçını Cenevrədə keçiriləcək toplantıya dəvət etdiklərini bildirib.
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 3600 nəfərin Ebola virusunun daşıyıcısı olduğu təsbit edilib. Virusa yoluxaraq həyatını itirənlərin sayı isə rəsmi rəqəmlərə görə 1900-ü keçib.
Dünya Səhiyyə Təşkilatının (DST) virusun yayılmasının qarşısını almaq məqsədilə insanlar üzərində də peyvənd sınaqları keçirilməsinə icazə verilib. Bu icazədən sonra xüsusilə İngiltərə və Amerika Birləşmiş Ştatlarının mərkəzi laboratoriyalarında işlər intensiv şəkildə davam edir.
Artıq üçüncü növ peyvənd üçün test mərhələsinə keçilib.






