APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Gilmənd əyalətinin Hacı Vəkil və Bəhramca yaşayış məntəqələrində əfqan polisi ilə bərabər keçirilən reydlər zamanı 5,7 ton heroin, 11,3 ton tiryək və 800 kilodan çox həşiş aşkarlanıb. Müsadirə edilmiş narkotiklərin ümumi dəyəri 1 milyard dolları aşır.
Reydlər zamanı 63 silahlı öldürülüb, 10 silahlı şəxs və narkotik alverçisi həbs edilib.






