İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşənbədə 43 min adamlıq məscid açılıb - stadionlardan böyükdür (FOTO)

814 09.06.2023 11:42 Son xəbər A A

İyunun 8-də Düşənbədə ölkənin ən böyük məscidinin rəsmi açılışı olub.

Musavat.com  asiaplustj.info-ya istinadən xəbər verir ki, açılışda Tacikistan prezidenti Emoməli Rəhmon, Qətər əmiri Şeyx Təmim ibn Həməd Oli Soni və Düşənbə şəhərinin sədri Rüstəm Emomali iştirak ediblər.

 Rəsmi açılış mərasimindən sonra məscidə İmam Əzəmin - Əbu Hənifə Numon ibn Sobitin adının verilməsi təklif olunub.

 Məscidin sahəsi 12 hektardır, binanın özü 3 hektar ərazidə yerləşir və 3 böyük girişi var. O, eyni vaxtda 133 000 ibadətçi qəbul edə bilər, onlardan 43 000-i məscidin daxilində, qalanları isə onun ətrafında olacaq.

Böyük ibadət zalının cənub-qərb hissəsində mehrab (məscidin divarında Məkkəyə -qibləyə istiqamət göstərən taxça) yerləşir.

 Məscid 74 metr hündürlüyündə 4 minarə, 21 metr hündürlüyündə iki kiçik dekorativ minarə, 43 metr hündürlüyündə böyük gözəl günbəz və 35 metr hündürlüyündə 17 kiçik günbəzdən ibarətdir. Məscidin daxilində 6 geniş sinif otağı, qonaqların qəbulu və iclasların keçirilməsi üçün zalı, 2 kitabxana, 9 iş otağı, 3 mehmanxana və texniki otaqlar var.

photo_2023-06-08_19-04-19.jpg (200 KB)

photo_2023-06-08_19-03-33.jpg (243 KB)

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR