İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın insanlıq imtahanı Türkiyədə verilir - kəmfürsətlərin və bədxahların ifşa dönəmi

873 09.02.2023 12:28 Gündəm A A

Paşinyanın Ərdoğana zəngi, erməni toplumunun sevinci, Fransanın utancverici hərəkəti...

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra əksər dövlətlər “keçmiş olsun” dedi, fəlakət baş verən bölgəyə xilasedicilər, yardımlar göndərməyə başladılar. Zəlzələ bölgəsində vəziyyət kifayət qədər gərgindir və 10 minlərlə insan dağıntılar altında qalmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də söyləyib ki, “sadəcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakəti ilə qarşı-qarşıyayıq”. Ərdoğan qeyd edib ki, zəlzələ baş verən 10 rayonda 3 aylıq fövqəladə vəziyyət elan edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə nümayəndəsi Katrin Smolvud zəlzələdə həyatını itirənlərin sayının 8 qat artacağını (bu açıqlamanı verəndə ölü sayı 3000 nəfər civarında idi-red.) bildirib: “Təəssüf ki, baş verən bütün zəlzələlərdə hər zaman eyni halı müşahidə edirik. Dağıntılar altında xeyli insan var. Bu səbəbdən də həftə ərzində ölən və yaralananların sayının əhəmiyyətli dərəcədə artması gözlənilir”.

Faktiki olaraq Türkiyədə 21-ci əsrin ən dəhşətli təbii fəlakəti yaşanır. Bu, bütövlükdə dünya üçün sınaqdır. Qardaş Türkiyə çox belə imtahanlar verib və hər zaman üzüağ çıxıb, öhdəsindən gəlib.

İndiki məqamda həm də dünyada kimin kim olduğu üzə çıxmaqdadır, insanlıq, mənəviyyat adına utanc davranışlar sərgiləyənlər də az da olsa var və onlar artıq özlərini ifşa etməkdədir. Bu cür rəzalət açıq-aşkar Fransada yaşandı: Fransanın xüsusi xidmət orqanlarının yönətdiyi daha əvvəlki illərdə de-şifrə olunan “Charlie Hebdo” jurnalı Türkiyədəki fəlakət haqqında iyrənc karikatura dərc edib. Dağıntıları əks etdiriblər və üzərində yazıblar: “Türkiyədə zəlzələ. Hətta tank göndərməyə belə ehtiyac yoxdur”.

Tarix boyunca ən dəhşətli soyqırımları törətmiş, “mədəniyyət, demokratiya beşiyi” qılafına girmiş Fransa əsl simasını, Türk düşmənçiliyini insanlıq imtahanı zamanı da gizlədə bilmədi! Ən azı psixoloji basqı kimi bundan yararlanmağa çalışdılar, kəmfürsət davranışlar sərgilədilər. Ermənistan da Fransadan fərqlənmədi. Sosial medianın Ermənistan seqmentini qısa müddət ərzində müşahidə etmək yetərlidir görəsən ermənilər Türkiyədəki fəlakətə sevinirlər. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Ərdoğana zəng edərək, həm başsağlığı vermiş, həm də yardım göndərdiyini bəyan etmişdi. Bu siyasi gedişin arxasından isə qaniçən erməni xisləti boy göstərməkdədir. Ermənilər toplu halda sosial və normal mediada Türkiyədəki zəlzələyə sevindiklərini açıq yazır, insanlıqdan nəsibini almamış qövm olaraq, ağızlarına gələni yazırlar...

Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin dəmir məntiqi döyüş meydanında  dəmir yumruğa çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı

 Elçin Mirzəbəyli 

Türkiyə daim barış, sülh, humanizm prinsipləri ilə yaşayıb və bunu təbliğ edib, nümunə göstərib. Qarşılığında ermənilərdən və fransızlardan ən həssas anlarda belə, düşmənlik görür. Bu zəlzələnin yaratdığı faciəyə ermənilərin və fransızların münasibəti onların türk düşmənçliyindən heç zaman, bir an belə çəkilmədiklərini isbatladı. Bu cür alçaqcasına davranışlar sərgiləyənlər Türkiyəni nüfuzdan salmağa, təxribatlar yaratmaq kimi niyyətlərinə nail ola biləcəklərmi? Fransızlar və ermənilər bununla özlərini dünyada rüsvay edirlərmi əslində?

Politoloq Elçin Mirzəbəyli bildirib ki, təbii fəlakətin doğurduğu nəticələrə sevinənlər dünyanın ən rəzil, ən alçaq və ən qorxaq məxluqlarıdır. Ermənilər və bir sıra fransızlar yenə də nə qədər miskin bir toplum olduqlarını nümayiş etdirdilər: “Türkiyə bu sınaqdan daha güclü çıxacaq. Buna zərrə qədər şübhəm yoxdur. Amma ermənilərə güzəşt olmayacaq”.

Əxlaqımızda dövlətdən küsmək yoxdur” — Azər Həsrət

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət isə bildirdi ki, bu cür təbii fəlakətlər, xüsusilə də böyük insan tələfatı ilə müşayiət olunan fəlakətlər bütün bəşəriyyətin keyfiyyətinin, dünyada insanlığın bir daha sınanması anıdır: "Yəni dünyanın hər tərəfində insanların bu cür fəlakətlərə verdiyi reaksiya onların hansı mənəvi keyfiyyətdə olmasından xəbər verir. İnsanın davranışları, özəlliklə də Fransadakı həmin üzdəniraq jurnalın, orada işləyən insanların davranışları heç bir insanlığa sığmır və onların mənəviyyatlarının necə çirkin vəziyyətdə olduğunu nümayiş etdirir. Bu həm də onların özünü dünyada rüsvay edir. O jurnalın arxasında Fransa dövlət orqanlarının olması faktı da bir daha ondan xəbər verir ki, onların mənəvi-əxlaqi yerin dibindədir. Bir tərəfdə insanlıq dramı yaşanır, siyasət, siyasi proseslərə dəxli olmayan minlərlə dinc insan, körpələr həlak olur, dağıntılar altında dəhşətli faciə yaşayır, digər tərəfdə isə Fransanın "Charlie Hebdo" jurnalı kimi rəzalət örnəyi nifrət qusur, insanlığa arxa çevirir. Digər tərəfdən də onlarla səs-səsə verərək ermənilər dünyanın hər tərəfində sevinir, toy-bayram edir və bu iyrəncliklərini nümayiş etdirməkdən ar eləmirlər. Bu da azmış kimi, ermənilər sosial media paylaşımlarında hazırda zəlzələnin baş verdiyi əraziləri Türkiyə tərəfindən müvəqqəti işğal edilmiş Ermənistan əraziləri kimi təqdim edirlər. Yəni ermənilər bu qədər alçalırlar, bu qədər insanlıqdan uzaq olduqlarını göstərirlər. Ermənistandan minlərlə kilometr uzaqlarda zəlzələ baş verib, ermənilər orada zərərçəkənlərə heç olmasa sözlə belə yardımçı olmaq istəmir, bu azmış kimi, insanların faciəsi üzərindən yenə də torpaq iddiaları irəli sürürlər. Bu, mənəviyyatsızlığın ən dəhşətli formasıdır. Bütün bunlar bir daha göstərir ki, fransızlar və onların əxlaqsız bacıları olan ermənilər insanlıq düşmənidirlər, mənəviyyatsızlıq simvoludurlar. O cür toplumun dünyada yaşaması dünya üçün həm utanc, həm də təhlükədir. Ona görə də lazımdır ki, bəşəriyyət də o rəzillərə layiq olduqları qiyməti versin, layiq olduqları münasibəti göstərsin. Tarixən belə olub ki, böyük təbii fəlakətlər zamanı düşmənlər belə silahı kənara qoyaq, ağır ifadələr işlətməz, bacardıqları qədər yardımçı olmağa çalışarlar. Amma təəssüflər olsun ki, türklərin düşməni ləyaqətli düşmən olmadı. Nə fransızlar, nə də ermənilər bu təbii fəlakət zamanı ləyaqətli davranış sərgiləyə bilmədi. Çünki ləyaqətləri yoxdur".

Siyasi şərhçi vurğuladı ki, bu davranışları ermənilər və fransızların dünyada özləri haqqında yaratmaq istədikləri “ən mədəni, ən ləyaqətli millət” rəyini bir daha puç etmiş oldu: “Davranışları əsl mahiyyətlərini ortaya qoyur. Amma istər ermənilər, istər fransızlar unudur ki, türk xalqı bir zəlzələ ilə yıxılacaq, məhv olacaq millət deyil. Türk xalqı tarixində bundan da dəhşətli fəlakətlər görüb və həmin fəlakətləri atladıb, ayaq üstə durmağı bacarıb. Ona görə də fransızlar və ermənilər çox da sevinməsinlər. Bu zəlzələ türkə düşmənlərinin kim olduğunu bir daha göstərdi. Türklər yəqin ki, bunu unutmayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR