İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən yaxşı qırıcı təyyarə pilotu Ukraynada döyüşdə öldü - FOTO

2226 01.03.2022 10:47 Son xəbər A A

Dünyanın ən yaxşı qırıcı təyyarə pilotlarından biri, ukraynalı polkovnik Aleksandr Oksançenko hava döyüşündə ölüb.

Musavat.com  Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, düşmən aviasiyasını öz üzərinə yönləndirdiyi zaman həlak olub.

Prezident Volodimir Zelenski polkovnik Oksançenkonu ölümündən sonra “Ukrayna Qəhrəmanı” adı ilə təltif edib.

A. Oksançenkonun 2 mindən çox uçuş saatı olub. O, ən çətin manevrləri, elementləri uğurla həyata keçirib.

“SIAF”, “The Royal International Air Tattoo”, “International Airshow-2017”, “Czech International Air Fest” aviaşoularında uçuşları ilə məşhurluq qazanıb.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR