İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən varlı 20 qadınından 19-nun arxasında bir səxavətli kişi dayanır - uzun ömürlü zərif qadınların günü

4481 08.03.2022 14:23 Yaxın tarix A A

Yəqin kişilər etiraf edərlər ki, onlar qadınlarla ailədə, kollektivdə, qonşuluqda, qohumluqda, dostluqda nə qədər yaxın olsalar da, onları sona qədər dərk etməkdə çətinlik çəkirlər. Bu səbəbsiz deyil. Çünki qadınlar haqqında bilmədiyimiz çox şeylər var - maraqlı, ağılagəlməz və təəccübləndirəcək faktlar...

Musavat.com 8 Mart Beynəlxalq Qadınlar Günündə zərif güclülər haqqında həmin maraqlı faktları təqdim edir...

Qadınlar daha uzunömürlü olur. Bu sadəcə havadan götürülmüş adi fakt deyil. Statistikaya görə, dünyanın əksər ölkələrində qadınların ömrü kişilərin ömründən uzundur. Belə ki, qadınların immun sistemi kişilərə nisbətən daha gec “qocalır”

Женская-свобода.jpg (129 KB)

Qadınlar kişilərdən daha çox danışırlar. Onlar orta hesabla gün ərzində 20 min söz ifadə edirlər. Bu kişilərə nisbətən 13 min söz çoxdur. Əgər ifadə edilən sözlər deyinməkdən ibarətdirsə, təbii ki, kişilərin ömrü “azalır”. Yeri gəlmişkən, dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.

Çox danışmaq məsələsi mobil telefonların istifadəsində də özünü qabarıq biruzə verir. Kişilər üçün mobil telefon işlərinin yerinə yetirilməsində qısa və konkret danışmaq üçün rabitə vasitəsidirsə, qadınlar üçün isə mobil telefon müxtəlif mövzuları saatlarla müzakirə etmək üçün simsiz əlaqədir.

1524829862_1.jpg (81 KB)

Sosioloqların dünyanın 50 ölkəsində apardıqları araşdırmalar zamanı məlum olub ki, mobil operatorların xidmətlərindən qadınlar kişilərlə müqayisədə 7 dəfə daha çox istifadə edirlər.

Elmi cəhətdən sübut olunub ki, qadınların beyni kişilərin beynindən 10 faiz kiçikdir. Burada heç bir əlavə şərhə ehtiyac yoxdur. Bir faktı qeyd etmək yetər ki, dünyada istənilən sahədə elmi ixtiraların, yeni kəşflərin əsas müəllifləri kişilərdir.

cf3739c9fcfbbb4234ec3e51530ce772_big.jpg (74 KB)

Qadınların musiqi duyumu kişilərə nisbətən daha güclüdür. Amma buna baxmayaraq, onların arasından nə Bethoven, Motsart, nə də Üzeyir Hacıbəyli kimi dahilər çıxmayıb.

Qadınlar özlərinə qarşı daha tələbkardırlar. Təxmini hesablamalara görə, hər qadın il ərzində 120 saat güzgü qarşısında dayanır. Bu rəqəm güzgü qarşısında saatlarla dayanıb öz gözəlliyindən zövq alan qadınlara aid deyil.

Xüsusilə Avropa ölkələrində qadınlar öz qarderoblarında ayaqqabıların daha çox olmasına çalışırlar. Orta büdcəsi olan avropalı xanımların qarderobunda təxminən 18-20 cüt ayaqqabı olsa da, onlar bu ayaqqabıların beş-altısından istifadə edirlər. Paltar məsələsində isə xanımlar öz ömürlərinin təxminən bir ilini seçim etməyə sərf edirlər.

w1shutterstock_96350159.jpg (68 KB)

Kosmetika, bəzək-düzək məsələləri qadınlar üçün xüsusi önəm daşıyır. Anlaşılandır və burada qeyri-adi bir şey yoxdur. Qeyri-adi olan yalnız odur ki, dodaq boyasından istifadə edən xanımlar bir ömür boyu 2-3 kiloqram boya yeməyə məhkumdurlar.

Dünyanın 20 ən varlı qadınından 19-u atalarının və həyat yoldaşlarının hesabına bu titulu qazanıblar. Amma onu da qeyd edək ki, Avropada 59 faiz qadınlar əks cinsin üzvlərindən daha çox pul qazanırlar.
Dünyada ən çoxuşaqlı ana rus kəndlisi Fyodr Vasilyevin həyat yoldaşıdır. O, dünyaya 69 uşaq gətirib.
Dünyanın ən kiçik boylu qadını Cənubi Afrikada yaşayır. Marj Bester adlı bu xanımın boyu 55 santimetrdir. Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda yaşayan Rumeysa Gelgi isə dünyanın ən uzunboylu qadını olaraq Ginnesin Rekordlar kitabına düşüb. Rumeysa Gelginin boyu 2 metr 15 santimetdir. Qeyd edək ki, türkiyəli xanım bu rekorduna görə Veaver sindromundan əziyyət çəkir.

w4shutterstock_526817902.jpg (126 KB)

Dünyada ən çoxuşaqlı analar Nigeriyada qeydə alınıb. Bu ölkədə qadınlar orta hesabla dünyaya yeddi uşaq gətirirlər ki, bu dünya üzrə ən yüksək göstərici sayılır.

Bu gün sükan arxasında əyləşən qadınların sayı sürətlə artır. Təxmini statistikaya görə, hər 3-4 qadından biri avtomobil idarə edir. Amma sükan arxasında əyləşən qadınların yalnız 16 faizi etiraf edir ki, kişilər avtomobili onlardan daha yaxşı idarə edirlər.

Qadınlar haqqında ən əsas fakt isə odur ki, zərif güclülər öz sadə və mürəkkəbliklərinə, adi və qeyri-adiliklərinə baxmayaraq, həmişə sevilirlər və seviləcəklər. Məhz elə qadınların ən böyük gücü də həmişə sevgiyə layiq ola bilmələrindədir.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR