Rusiya ərazisində yerləşən Oymyakon kəndi dünyanın ən soyuq yaşayış məskənidir. Qış aylarında orta temperatur -50 ° C olan kənddə, 1924-ci ildə havanın temperaturu -71.2 ° C qədər enib.
Musavat.com-un məlumatına görə, torpaq əkinçiliyə uyğun olmadığı üçün, Oymyakon kəndində yaşayanlar dolanışıqlarını heyvandarlıq ya da istilik təsisatı kimi bələdiyyə işləriylə məşğul olmaqla təmin edirlər.
Bölgənin torpaq örtüyü tamamilə donmuş olduğundan, kənddəki evlərə boru ilə su daşımaq mümkün deyil.
Donmuş torpaq ölülərin basdırılmasını də çətinləşdirir. Cənazə mərasimlərindən əvvəl torpağı qızdırmaq üçün böyük tonqallar yandırılır.
İnanmaq çətin olsada burada yay ayları isti keçir. Bu günə qədər müşahidə olunmuş ən yüksək istilik isə 35 ° C-dir.Ancaq yay çox qısa, sərt qış isə çox uzun olur
Oymyakon Saxada yerləşir.
Rusiyanın şimal-şərqindəki Saxa bölgəsinin paytaxtı Yakutsk şəhəridir. Bu şəhər dünyanın ən soyuq paytaxtıdır.
Şəhərin təxminən 300.000 nəfər əhalisi var. İnsanlar əsəsən donmuş çiy balıq, at ciyəri və ət şorbası ilə qidalanirlar.
Leyli
Musavat.com