İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən səmərəsiz hava limanı il ərzində ilk dəfə sərnişin təyyarəsini qəbul edib

1983 08.05.2017 21:25 Dünya A A

Atlantik okeanındakı ən səmərəsiz hava limanı il ərzində ilk dəfə olaraq sərnişin təyyarəsini qəbul edib. Bu barədə "Times" nəşri məlumat verib.

AZƏRTAC "vistanews.ru" saytına istinadla xəbər verir ki, hava limanı ilə bağlı Atlantik okeanında, Müqəddəs Yelena adasında bir il əvvəl meydança tikilib. Bütün bu müddət ərzində yalnız mayın 7-də 60 nəfərlə ilk sərnişin təyyarəsi yerə enib. Aeroportun tikintisinə xeyli vəsait - 370 milyon dollar xərclənib, lakin indiyədək onun tikintisinə sərf edilən xərc ödənilməyib və dünyanın ən səmərəsiz hava limanı sayılır.

Hava limanının administrasiyasından bildiriblər ki, mürəkkəb relyefə malik ərazidə, əsasən də güclü küləkdə təyyarənin enişi xeyli çətinləşir. Enmə zolağı daim toz və qumla dolur ki, bu da qəza vəziyyətinin yaranmasına səbəb ola bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR