İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən qəribə məkanı: Qorxunc səslər gələn Cin Mağarası... - FOTOLAR

2917 16.12.2018 18:05 Maraqlı A A

Cin məclisi adlı arxeoloji mağara Oman Sultanlığının şimal-şərq bölgəsində, Kiryat vilayətinin Fins kəndi yaxınlığında, Hacar dağ massivinə mənsub olan Bani Caber yüksəkliyi, Salmah yaylası ərazisində yerləşir.

1938-ci ildə su araşdırmaları zamanı kəşf edilən Cin məclisi, dünyada ən geniş iç qübbəyə malik yeganə mağaradır. Mağaraya giriş sadəcə, tavandan mümkündür. Mağaranın toplam 3 girişi var. Girişlərin hər birindən mağaraya enmək üçün 200 metrlik iplərdən istifadə olunur.

58 min kvadrat metr sahəsi olan mağaranın özəlliyi isə onun 3 giriş dəliklərindən içəri daxil olan Günəş şüalarının verdiyi gözəllikdir.

Похожее изображение

Küləkli havalarda isə mağaranın dəliklərindən uğultulu, qorxunc səslər eşidilir. Yerli sakinlərin inancına görə, bu qorxunc səslər məhz mağarada dolaşan müəmmalı varlıqların səsləridir.

Kəndin yaşlı insanları şər qarışan vaxtda, xüsusilə gecələr mağaraya tərəf getməyi məsləhət görmürlər. Kəndin yaşlı sakinlərinin dediklərinə  görə, hələ qədim zamanlarda "cinlərlə təmasda olmaq istəyənlər" 40 gün müddətində bu mağarada tək yaşayırlarmış.

Dünyanın İkinci Büyük Mağarası: Cin Meclisi Mağarası

Mağara səhralıq bir yerdə olsa da, içəridə maksimum 15 dərəcə istilik olur.

Çöldə havanın temperaturu 40 dərəcəyə çatsa belə, mağarının standart dərəcəsi dəyişməz olaraq qalır.

Mağaranın çevrə divarlarının qalınlığı 40 metrəyə yaxıdır. Bu da mağaranın qızmasını əngəlləyir.

Bu mağarını daha çox adrenalin həvəskarları ziyarət edirlər. Mağaraya bir çox insanlar enə bilməsələr də üzərindəki dəliklərdən içərini izləyə bilirlər.

Turan Oruc,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR