İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı zəhərləyən İranın nəfəsi belə kəsilir - İSTİ DETALLAR

2773 01.02.2023 13:21 Gündəm A A

"Son günlər İranla Azərbaycan arasında artmaqda olan gərginlik fonunda ölkəmizdəki İran casus şəbəkəsinin yenidən aktivləşməsini görürük. Hesab edirəm ki, Azərbaycan təhlükəsizlik orqanlarının İranın casus şəbəkəsinin sıradan çıxarılması ilə bağlı apardığı əməliyyatlar çox doğru addımdır".

Bunu Musavat.com-a politoloq Samir Hümbətov deyib.

thumb.jpg (316 KB)

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində saxlanılanlar ondan xəbər verir ki, İranın Azərbaycana qarşı təxribatlarına baxmayaraq, həmin şəxslər bu ölkənin mövqeyində dayanırlar:

"Bu baxımdan İran casus şəbəkəsinin sıradan çıxarılması xüsusilə önəmlidir. Bir müddət öncə də bu proses baş vermişdi. Bu proses nəticəsində İran casus şəbəkəsinə məxsus bir neçə nəfər sıradan çıxarılıb. Düşünürəm ki, Azərbaycan təhlükəsizlik orqanları İrana məxsus casus şəbəkəsini zərərsizləşdirməsə, onlar ölkə üçün potensial təhlükə mənbəyi kimi qalacaqlar. Onların təbliğatının qarşısının alınması gələcəkdə dövlətin, dövlətçiliyin təhlükəsizlik mühitində yaşamasına xidmət edəcək. Həbs olunanların istintaqa cəlb olunub digər şəxslərin də tutulması vacib amildir. Çünki bu, dövlətin, dövlətçiliyin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır.

63da154149f7663da154149f77167523667363da154149f7463da154149f75.jpg (176 KB) 

Nəzərə almaq lazımdır ki, dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir. Ona görə ki, Tehran rejimi beynəlxalq hüququ tanımamaqla yanaşı, həm də dini və insani dəyərlərə hörmət etmir. Bir tərəfdən terroru dəstəkləmək və onu yaradıb yaymaq, digər tərəfdən narkotiklə regionu və dünyanı zəhərləmək. Bu qeyd edilənlər Tehran rejiminin daima dünyaya yaratdığı təhdidlərdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR