İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada pandemiya, Vatikanda korrupsiya araşdırması - pərdəarxası məqamlar

3016 02.07.2020 10:20 Dünya A A

Prokurorlar Müqəddəs Taxtdakı maliyyə pozuntularını yoxlayır; Kənan Rövşənoğlu: “Bu rəqəmlər ona görə inandırıcıdır ki...”

Dünyanın başı pandemiya ilə mübarizəyə qarışdığı vaxtda Vatikan prokurorları hərəkətə keçiblər. Onlar Müqəddəs Taxtdakı maliyyə pozuntuları ilə bağlı yeni araşdırma aparmağa başlayıblar.

Bunun üçün Müqəddəs Pyotr bazilikasının inzibati idarələrindən sənədlərin və kompüterlərin ələ keçirilməsini əmr ediblər.

“Yeni Müsavat” xəbər verir ki, Roma Papası Fransis artıq xüsusi komissar təyin edib. Məqsəd bazilikanı idarə və ofislərini yenidən təşkil etməkdir.

Eyni zamanda Vatikanın satınalma və müqavilə ilə bağlı yeni normalara uyğun olması üçün nizamnamələrini yeniləmək və administrasiyasını aydınlaşdırmaq niyyəti var.

Vatikan hər iki qərarın baş auditorun məruzəsindən qaynaqlandığını deyib. Auditorun hesabatına əsasən, Vatikanın prokurorları “Fabbrica di San Pietro”dan papanın bazilikasını idarə edən ofislərdən sənədlərin və kompüterlərin ələ keçirilməsinə icazə verib.

Vatikan auditoru nəyin cəlb etdiyi və ya fövqəladə komissarın təyin edilməsi ilə bağlı müəyyən problemlər barədə heç bir məlumat verməyib.

Komissar, yepiskop Mario Cordana əvvəllər Sistin Kapella xorunun rəhbərliyi daxilindəki maliyyə pozuntuları ilə əlaqədar araşdırma aparmışdı. Bu da ötən il xorun maestrosunun erkən təqaüdə çıxmasına səbəb olmuşdu.

Açıqlamada Vatikan Cordananın təyinatının Fabbrica di San Pietronun müqavilə və satınalma prosedurlarında itkiləri azaltmaq, korrupsiyanın kökünü kəsmək və Vatikanın maliyyə rəhbərliyini yeniləmək üçün mərkəzləşdirmək məqsədilə 1 iyun tarixində Fransis tərəfindən verilən yeni normalara əməl etdiyini deyib.

Keçən il Vatikan prokurorları vasitəçilərin Müqəddəs Taxtı milyonlarla avro xərcləməkdən xilas etdiyinə dair iddialar arasında Vatikan dövlətinin Londonda lüks binanı alması ilə bağlı ayrıca istintaq başlatmışdı. Bu vəziyyətdə ittiham aktı verilməmişdi. Bir broker saxlanılmışdı və sonra bu ayın əvvəlində sərbəst buraxılmışdı.

Vatikan prokurorları Müqəddəs Pyotr Bazilikasından məlumatları ələ ...

Vatikan kimi qapalı, teokratik və kiçik bir dövlətdə zaman-zaman belə maliyyə araşdırmalarının olması təsadüfi deyil.

Xarici siyasət üzrə yazar, şərhçi Kənan Rövşənoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Vatikan Romada yerləşən kiçik bir dövlətdir.

“Lakin eyni zamanda dünyanın 4 bir tərəfində təsiri, kilsələri, təmsilçiləri və təbii ki, maddi qazancı, əmlakı olan bir dini dövlətdir.

Vatikanın sərvətləri ilə bağlı fantastik rəqəmlər söylənilir. Bu rəqəmlər ona görə inandırıcıdır ki, dünyadakı 1,2 milyard katolikin dini mərkəzi Vatikan, lideri isə Papadır.

Üstəlik, papalığın 1000 ildən çox yaşı var, uzun bir tarixi dövrdə Avropa üzərində hökmranlığı olub. Yəni söhbət bir dövlətdən və pullardan gedirsə, təbii ki, burada korrupsiya və maliyyə fırıldaqları da olacaq".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

K.Rövşənoğlunun sözlərinə görə, zaman-zaman Vatikanda korrupsiya, çirkli pulların yuyulması ilə bağlı ittihamlar ortaya atılıb və bunların bir qismi təsdiqini tapıb.

ARAMCO”nun partladılması kimə xidmət edir? - Ramiyə Məmmədova ...

Siyasi ekspert Ramiyə Məmmədova isə bildirdi ki, illər əvvəl ABŞ-da Vatikanın səfiri kimi çalışan Vigano Roma Papası XVI Benedictlə yazışmalarını mediaya açıqlamışdı:

“Həmin məktublarda o, Müqəddəs Taxt-Tac Bankını çirkli pul yumaqda ittiham edirdi. İndiyə kimi bir neçə dəfə Vatikan rəhbəliyinə qarşı belə ittihamlar irəli sürülüb.

Hətta 2010-cu ilin noyabrında Taxt-Tac Bankının hesabındakı 23 milyon avro vəsaitə həbs qoyulmuşdu. Həmin vaxt Roma Papasının özü Vatikan sıralarında korrupsiya halları ilə bağlı əldə etdiyi sənədləri açıqlamışdı. Yəni indi gedən araşdırmalar da təəccüb doğurmamalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR