İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 900 mini keçdi - son siyahı

521 26.04.2020 00:55 Gündəm A A

Dünyada koronavirus pandemiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.

Musavat.com xəbər verir ki, son saatların göstəricisinə görə ABŞ yenə də öndədir. İndiyə olan göstəriciyə görə ABŞ-da son bir neçə saat ərzində 1552 nəfər ölüb, 27 min 763 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ABŞ-da 952 min 995 nəfər koronavirusa yoluxub, 53 min 745 adam isə bu virusdan ölüb.

Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada son saatlarda 3 min 995 nəfər yoluxma, 378 ölüm qeydə alınıb.

Növbəti sırada yer alan İtaliyada son saatlarda 2 min 357 yoluxma, 415 ölüm qeydə alınıb.

Fransada son saatlarda 1660 nəfər yoluxub, 369 nəfər ölüb. Almaniyada bir neçə saat içərisində 783 nəfər yoluxub, 83 nəfər isə ölüb.

Sonrakı sırada İngiltərə yer alıb. Bu ölkədə son saatlarda 4 min 913 yoluxma, 813 ölüm qeydə alınıb.

Azərbaycanla quru sərhəddə olan ölkələrdə də də yoluxma sayı artmaqdadır. Belə ki, hazırda Türkiyədə ümumilikdə 107 min 773 yoluxma var. Qardaş ölkədə bu gün 2 min 861 yeni yoluxma, 106 yeni ölüm faktı qeydə alınıb. Siyahıda 8-ci yerə yüksələn İranda bu gün 1134 nəfər yoluxub, 76 nəfər ölüb. Ümumilikdə bu ölkədə 89 min 328 yoluxma, 5 min 650 ölüm qeydə alınıb. Yoluxmanın ümumi sayına görə İrandan sonra Çin gəlir ki, koronavirusun beşiyi olan bu ölkədə bu gün 12 nəfər yoluxub, ölən isə yoxdur.



Çindən sonrakı sırada yer alan Rusiyada bu gün 5 min 966 nəfər yoluxub, 66 nəfər isə ölüb. Ümumilikdə Rusiyada 74 min 588 nəfər yoluxma, 681 ölüm qeydə alınıb. Gürcüstanda bu gün 12 nəfər yoluxub, ölən isə yoxdur.

Ümumilikdə son saatlara qədər dünyada 2 milyon 908 min 206 yoluxma, 202 min 501 ölüm qeydə alınıb.
Dünyada 1 milyon 873 min 494 nəfər koronavirus xəstəsi var. Onlardan 58 min 182 nəfərinin vəziyyəti ağırdır.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR