Dünya tarixində ən öldürücü silahların yeni reytinqi açıçqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın “19FortyFive” saytı yeni reytinq cədvəlini dərc edib. Bunların içində iki rus silahı da var. Siyahının özünə isə Böyük Brtaniyada XIX əsrdə istehsal olunan “Maksim “pulemyotu başçılıq edir. Bu pulemyotu “hərb sahəsində əsl inqiliab” adlandırırlar.
Həmin vaxt 1800 km. məsafəyə qədər hədəfi vura bilən və dəqiqədə 500 dəfə atəş açan bu silah həqiqətən qorxunc olub. Dünyanın demək olar ki, bütün ordularında "Maksim" pulemyotuna rast gəlmək mümkünmüş.
İkinci yerdə ABŞ-ın “B-17 Flying Fortress” bombardmançı təyarəsi gəlib. İkinci Dünya Müharibəsi zamanı bu təyyarə Sakit okean üzərində əsl ağalıq edib. Silah ekspertləri cəmi bir ildə çizimlərdən sınaq uçuşlarına qədər yol keçən bu uçan maşını əsl mühəndislik möcüzəsi adlandırırlar.
Üçüncü yeri isə Rusiyanın “AK-47” (Kalaşnikov) avtomatları tutur. Onun sökülməsi və yığılmasının asanlığı, sadəliyi və atış qabiliyyətinin yüksək olması mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Bu cəhətdən “AK-47” ABŞ-dakı analoqu sayılan “AR-15”dən üstün görünür.
SSRİ dövrünün daha bir silahı, “RPQ-7” tank əleyhinə əl qumbaraatanı dördüncü sırada qərarlaşıb.
Beşinci yerdə isə ABŞ-ın “The Predator” və “Reaper” dronlarıdır. Bu hava maşınları özünü Əfqanıstan səmalarında “layiqincə” göstərə bilib.
Hesablamalara görə, bu dronlarla ən az 15 mindən çox insan öldürülüb.
Musavat.com






