İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada "göydələn"lər sahiblərinin "başına uçur" - iflas təhlükəsi

1560 24.07.2021 01:15 Dünya A A

ABŞ-ın Nyu-York şəhərinin "göydələn"lərinin sahibləri ofis-əmlak biznesinin çökdüyü dövrdə rəqabətə davam gətirmək üçün təmir və rekonstruksiya işlərinə milyardlarla dollar pul xərcləməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hazırda tək Nyu-Yorkda 1,34 milyon kvadratmetrlik bina sahələrinin təmirinə sahibləri ümumilikdə 5 milyard dollar məbləğ ayıracaqlar.

Məsələn, Uoll-Strit "göydələni"nin sahibləri obyektin kapital təmiri üçün 250 milyon dollardan keçməli olacaqlar. Çünki bir neçə aydan sonra bəhs edilən hündür binanı onun yeganə icarəçisi -“Deutsche Bank” da tərk edəcək. İndi obyektə yeni müştərilər cəlb etməkdən ötrü mülkiyyətçilərin təmirdən başqa çarəsi qalmayıb.

Manhettenin mərkəzində isə məşhur “Beşinci avenyu”da (prospekt) yerləşən biznes mərkəzin yenidənqurma işləri 350 milyon dollara başa gələcək. Eyni prospektdə olan 41 mərtəbəli göydələnin təmirindən ötrü sahibləri 400 milyon dollarından keçməli olacaqlar.

“Hazırkı dövrdə böyük daşınmaz obyektlərlə bazara girmək olduqca dəhşətlidir. Onların təmirə xərclədiklərini geri qaytarmağa hələ çox illər lazım gələcək” - deyə, “Wharton Property Advisors” agentliyinin baş direktoru Rut Kolp-Haper “Bloomberg”ə söyləyib.

Ümumiyyəylə, dünyada "Gşgöydələn"lərlə bağlı problemlər təkcə icarəyə götürənlərin ofislərdən kütləvi şəkildə ayrılmaları ilə bağlı deyil.

Məsələn, bu ilin iyul ayında Çin hakimiyyəti 500 metrdən hündür binaların tikilməsini yasaqlayıb. Buna əsas səbəb Şençjen şəhərində 355 metrlik “SEG Plaza” "göydələn"inin əyilməsi olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR