“Skaysrapercenter” şirkəti dünyada ən çox göydələni olan ölkələri araşdırıb. Məlum olub ki, ilk sıra ABŞ-a, Nyu-Yorka məxsusdur. Araşdırmaya görə, bu şəhərdə 1,548 göydələn var.
İkinci sırada Çin və onun Honq-Konq şəhəridir. Bu şəhərdə isə göydələnlərin sayı 922-dir.
ABŞ-ın Çikaqo şəhəri 566 göydələni ilə 3-cü sırada yer alıb.
Kanadanın Toronto şəhərində 529 göydələn qeydə alınıb. Bununla da Toronto bu siyahıda 4-cü sıranı tutur.
5-ci sırada isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəridir. Bu şəhərdə ümumilikdə 464 göydələn var.
Avstraliyanın Sidney şəhəri isə 447 göydələn ilə 6-cı sıradadır.
Çinin daha bir şəhəri, Şanxay da ən çox göydələni olan şəhərlər sırasına daxil olub. Bu şəhərdə 413 göydələn var və siyahıda 7-ci yerdədir.
İndoneziyanın Cakarta şəhəri 409 göydələnlə 8-cidir.
Yaponiyanın paytaxtı Tokioda 400 göydələn qeydə alınıb. Bu şəhər siyahıda 9-cu yeri tutub.
İngiltərənin paytaxtı Londonda 330 göydələn hesaba alınıb. Bununla da bu say ilə London siyahıda 10-cu yerdə qərarlaşıb.
Onu da əlavə edək ki, Rusiyanın paytaxtı Moskva 222 göydələn ilə 16-cı, Yekaterinburq 218 göydələnlə 18-ci, Türkiyənin İstanbul 119 göydələn ilə siyahıda 31-yerdədir.
Xalidə,
Müsavat.com






