İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ana və körpə ölümləri azalıb: Amma Afrika istisnadır

566 23.09.2019 19:33 Dünya A A

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatına görə, dünyada yeni doğulan körpə və anaların ölüm hallarında azalma müşahidə edilsə də, Afrika qitəsi bütün bu göstəricilərdən istisnadır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Bİrləşmiş Millətlər Uşaq fondunun (YUNİSEF) birgə dəyərləndiməsinə əsasən müharibələr, qeyri-effektiv səhiyyə sistemi və kasıblıq milyonlarla uşaq və anaların ölməsində əsas faktor rolunu oynayırlar.

YUNİSEF nümayəndələri 2000-ci ildən bu yana uşaq ölümlərinin sayında yarıbayarı, ana ölümlərinin statistikasında isə 3 dəfə azalma müşahidə olunduğunu bildiriblər.

Yeni rəqəmlərə görə, 2018-ci ildə yaşları 15-i keçməyən 6,2 milyon  uşaq dünyasını dəyişib. 2017-ci ildə isə hamiləlik və doğumla bağlı 700 min qadın vaxtsız vəfat edib. 

YUNİSEF-in təsbitinə əsasən, hər 11 saniyədə bir hamilə qadın və yeni doğulan körpə ölür. Özü də onların bir çoxunun qarşısı alına bilən hal və ya xəstəlikdən dünyadan köçürlər.

ÜST-nın Səhiyyə xidmətləri üzrə direktoru Piter Salama ən çox ölüm halının Böyük Səhradan cənubdakı Afrikada ( Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salıblar. Buna görə də Afrikanın bu hissəsi həm də Qara Afrika adlanır-red.) müşahidə edildiyini deyib.

2017-ci ildə qadın və uşaqlar arasında ölüm halının yarısı Afrikanın payına düşür. Həttə əldə olunan rəqəmlərə görə doğumun da yüksək olduğu bu bölgədə ölüm göstəriciləri dünya səviyyəsinin 60%-ni ötür. Qadın ölümlərinin üçdə ikisi isə məhz Afrikada baş verir”,-deyə P.Salama bildirib.

Piter Salamanın sözlərinə görə, Afrikada hər 37 hamilə qadından biri vəfat edir. Müqayisə üçün deyək ki, Avstraliyada bu göstərici 1/7800 nisbətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR