İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dünyada 800 milyon əhali elektrik enerjisi ilə təmin olunmayıb"

289 05.11.2021 12:09 Gündəm A A

"İqlim dəyişiklikləri bizim qapımızı döyür. Biz artıq digər enerji ehtiyatlarından da səmərəli istifadə etməliyik".

Musavat.com bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, enerjiyə olan ehtiyac təkcə bu gün yaranmır: "Eyni zamanda gələcək üçün də düşünməliyik. Dayanaqlı inkişaf məqsədlərini izləməliyik. Ona nail olmaqla dayanaqlı müasir enerji mənbələrinə əlçatanlığı təmin edəcəyik".

Robert Sekuta qeyd edib ki, artıq dünyada 800 milyon əhali elektrik enerjisi ilə təmin olunmayıb: "3 milyard insan isə çox yaxşı qida təhlükəsizliyinə çıxış əldə etməyib. Əlbəttə ki, insan nə qədər sağlam qida ilə təmin olunursa, bu onun sağlamlığına müsbət təsir edir".

Robert Sekuta yenilənən enerji mənbələrinin günbəgün artdığını da diqqətə çatdırıb: "Düşünürəm ki, gələcəkdə daha sərfəli olan hidrogen enerjisindən daha çox faydalanacağıq".

photo_2021-11-05_11-07-00.jpg (70 KB)

İSESKO-nun sabiq baş direktoru Əbdüləziz Əltuverici isə çıxışı zamanı deyib ki, dünyada külək və enejiyə keçid olunur: "Bununla da biz emissiyaları sifırlaya bilərik".

O, bikdirib ki, alternativ enerji mənbələrindən istifadə etməklə insanlar ətraf mühitin xilas edilməsində iştirak edə bilər: "Mən həmişə bu sualları İSESKO-da qaldırırdim. İSESKO alternativ enerji mənbələrindən istifadəni təşviq edirdik. Texnologiyala irəliyə gedir. Bununla da yeni texnologiyalar üzə çıxacaq və ümid edirəm ki, iqlim dəyişikliyi ilə bağlı balans tapılacaq".

Xalidə Gəray
Foto: Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR