İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaca məşhur fotoqraf Bərdə terrorundan yazdı: "Ermənilər şəhərin mərkəzini bombalayıb"

737 07.11.2020 17:52 Sosial A A


Dünyaca məşhur fotoqraf Reza Deqati ermənilərin Bərdəni raket atəşinə tutması zamanı çəkilən  fotolarını paylaşıb. Məşhur fotoqraf şahidi olduğu terroru bu cür təsvir edib:
“Bərdə. Ermənistan qadağan olunmuş raketlə şəhərin mərkəzini bombalayıb. Nəticədə 21 mülki insan həlak olub, 70 nəfər isə yaralanıb. 

20201107_170451.jpg (200 KB)

Şəkildəki bu uşaq anasını tutub, saxlayıb. Onlar atası ilə birlikdə maşınla mağazaya gediblər. Ata maşında oğlunun və arvadının mağazadan qayıtmasını gözləyərkən, avtomobilə bomba düşüb və o, ailəsinin gözü önündə diri-diri yanıb”.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Belə ki, bu gün noyabrın 7-də  düşmən tərəfin silahlı birləşmələri Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Nəticədə Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Xalidə Gəray

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR