“Koronavirus əleyhinə peyvənd vurduran və immunitet qazanan vətəndaşlar artıq ictimai həyatda tamhüquqlu iştirak etməlidirlər”.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu barədə Alaniyanın xarici işlər naziri Hayko Maas yerli “Bild am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib.
Hayko Maasın fikrinə, peyvəndli insanların bədnam virusa yoluxmaq perspektivi olmadığı üçün onları ayrılıqda intensiv terapiya bölmələrinə yerləşdirməyə və ya süni tənəffüs aparatlarına qoşmağa ehtiyac olmayacaq.
Almaniyada məhz xarici işlər nazirini bu cür bəyanatla çıxış etməsi hər kəsdə maraq doğurub. O, Angela Merkel hökumətində “peyvəndlilərə imtiyaz bəxş edilməsi” məsələsi barədə danışan ilk nazir sayılır. Hazırda bu ideya ölkədə böyük etirazlara səbəb olub.
Almaniyada koronavirusdan peyvəndli insanların sayı 1 milyondan çoxdur (əhalinin ümuni sayının 1%-dən çoxu). İlk növbədə preparatı qocalar evinin sakinləri, həmçinin tibb sahəsində çalışanlar qəbul ediblər.
Musavat.com






