"Dünya üzrə istifadə olunan vaksin növlərinin hər biri bizdə var". Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:"Eyni zamanda, bu gün bütün regionlarda "Sinovak" şirkətinin Koronavak vaksini istifadə olunmaqdadır. Pfizer vaksini Lənkəran, Gəncə, Bakı şəhərlərində var. Bu gün səyyar olaraq da vaksinasiya aparılır.
Eyni zamanda, "Bravo" marketlər şəbəkəsinin Əhmədli və "Koroğlu" filiallarında vaksinasiya aparılır, paralel olaraq "Dəniz Mall"-da da vaksinasiya aparılmaqdadır. "Yeni klinika"da randevusuz vaksinasiya mümkündür".
Yaqut Qarayeva bildirib ki, bu gün ölkəmizdə xəstəliyi keçirdikdən 6 ay sonra vətəndaşa 1 doza vaksin vurulur: "İmmunitet sertifikatlar müddətsiz verilir. Vaksinin hər 2 dozasını vurduran şəxslərə üçüncü doza vaksin vurulması tövsiyə edilir".
Afaq Mirayiq,
Musavat.com






