İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünya ölkələri bizi qəbul edərək, müstəqilliyimizi tanıyacaqlar” (Fotolar)

2268 27.02.2013 14:25 Son xəbər A A

Həmin müsahibəni təqdim edirik.
 
Şimali Kipri tanıyan tək ölkə Türkiyədir. Ölkənin talehini dəyişəcək rəsmi tanınmaqla bağlı işlər hansı səviyyədədir?

- Kipr türkləri əsrlərdir bu adada yaşayır. Biz bir vaxtlar yunanlılarla burada bərabər səviyyədə yaşamışıq. Hətta bəzi vaxtlar türklərin sayı yunanlılardan çox olub. 1930-cu ildən sonra yunanlar bu adanın tək sahibi olmaq istədilər və bu yöndə ciddi fəaliyyətlərə başladılar. Müxtəlif təşkilatlarda birləşən yunanlar bir xəyal quraraq onun uğrunda  vuruşmağa başladılar. Türklərə qarşı silahlanan həmin təşkilatlar 70-ci illərə kimi bir çox terror aktını törətdilər. Məqsədləri buradakı türkləri öz torpaqlarından çıxarıb Kipri bir yunan adasına çevirmək idi. Şimali Kipr Türk Cumhuriyyəti müstəqilliyini elan etdikdən sonra 1975-ci ildə Cenevrədə Birləşmiş Millətlər Təşkilatında “Güc anlaşması” deyilən bir protokol imzaladıq. Həmin protokola görə, bu adada yaşayan yunan və türklərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Kipr iki yerə ayrıldı. Türklər və yunanlar ayrılaraq adanın şimal və cənubunda yerləşdirildilər. Biz hər zaman problemlərin bir masa arxasında oturub həll edilməsini təklif etmişik. Amma, yunan tərəfi bundan qaçaraq “Annan planı”ndan da imtina edib. İndi hazırda  ŞKTC-nin müstəqilliyini təkcə Türkiyə tanıyır. Amma, biz inanırıq ki, az müddət sonra digər dünya ölkələri bizi qəbul edərək, müstəqilliyimizi tanıyacaqlar.

Yunan Kipri ilə əlaqələriniz necədir?

- Şimali Kiprin bu statusu bizi qane etmir. Yunanlıların işğal etdiyi torpaqlar bizim də haqqımız olan torpaqlardır. Əhalinin sayına və ərazisinə  görə yunan Kipri bizdən daha üstündür. Amma, son aylar Avropada yaşanan iqtisadi kriz yunan Kiprindən də yan keçməyib. Avropa ökələrindən borc ala bilməyən yunan Kiprinin iqtisadiyyatı sürətlə çökür. Yunan Kipri ilə heç bir əlaqəmiz yoxdur. Türkiyə vətəndaşlarının adanın digər tərəfinə keçməsinə icazə verilmir. Yalnız Avropa ölkələri, Amerika, Kanada və Rusiya kimi dövlətlərin vətəndaşları turist kimi adanı ziyarət edə bilər. Şimali Kiprin iqtisadiyyatına gəldikdə isə bu sahədə daima yüksəliş hiss edilir. Dövlət işində işləyən məmurların maaşı ildən-ilə artırılır. Birdə Şimali Kiprə təbiq edilən embarqoları qaldırsalar ölkəmiz inkişfın yeni mərhələsinə keçəcək.

ŞKTC Parlamentinin Azərbaycan Milli Məclisi ilə əlaqələri hansı səviyyədədir?

- Təbbi ki, bu yöndə çox isti münasibətlərin olmasını arzu edirəm. Biz də istəyirik ki, parlament sədrləri, deputatlar, nazirlər qarşılıqlı gedib-gəlsinlər və sıx münasibət qursunlar. ŞKTC-nin Azərbaycan tərəfindən rəsmi tanınmaması o demək deyil ki, biz bu əlaqələri qura bilmirik. Azərbaycanlı deputatlar tez-tez bura gəlirlər. Onlarla görüşlərimiz olur. Bu bizim haqqımızıdır və bunu heç kim əngəlləyə bilməz.

Fərahim İLQAROĞLU
Şimali Kipr- Lefkoşa

 


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR