İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Miyatoviç: "İlqar Nəsibova qarşı dəhşətli hücum mətbuat azadlığının səmərəsini tam dondurur"

1328 22.08.2014 23:58 Son xəbər A A
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsi ilə bağlı qəzəbini bildirib.

“Azərbaycan hakimiyyətini Nəsibova qarşı bu dəhşətli hücumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə çağırıram”, deyə Miyatoviç bildirib.

“Bu cinayət ifadə və mətbuat azadlığının səmərəsini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər”, deyə o qeyd edib.

Bu cinayət Azərbaycan KİV-nə qarşı bitmək bilməyən repressiyalar dalğası fonunda baş verib. Belə ki, son günlər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna təzyiq başlayıb. Onların bank hesabına həbs qoyulduqdan və əmlakı müsadirə edildikdən sonra hüquq-mühafizə orqanları ofislərinə möhür vurub.

“Müstəqil mətbuatın, media fəallarının və ifadə azadlığının bu şəkildə boğulmasına dərhal son qoyulmalıdır. Azərbaycan hakimiyyəti bu təcrübəyə son qoymaq üçün əlindən gələni etməlidir”, deyə Miyatoviç qeyd edib ("Amerikanın səsi").

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR