İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatının oyunlarının keçirildiyi stadionlardan birinin işığı borca görə kəsilib

701 28.08.2018 16:44 Dünya A A

2018-ci il dünya çempionatının oyunlarını qəbul etmiş "Samara Arena" stadionunun işıqları kəsilib.

"Report"un "İnterfaks"a istinadən məlumatına görə, elektrik enerjisinin verilişi yığılmış borclarla əlaqədar müvəqqəti dayandırılıb. Stadionda işıqların nə zaman keçdiyi və kimin borclu olduğu bilinmir. Arenaya elektrik enerjisinin verilməsi ilə "Samaraenerqo" məşğuldur.

Samara vilayətinin idman naziri səlahiyyətlərini icra edən Dmitri Şlyaxtin "Sport-Ekspress"ə bildirib ki, onlar stadionun operatoru yox, icarədarıdırlar: "Orada baş verənlər haqda danışmaq mənim üçün çətindir. Gəlir, pulumuzu ödəyir, oynayır və gedirik".

Qeyd edək ki, "Samara Arena"da ev oyunlarını Rusiya Premyer Liqasında yer alan "Krılya Sovetov" klubu keçirir. Bu klubda Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev də forma geyinir. Dünya çempionatı vaxtı həmin stadionda qrup mərhələsinin 4 görüşü, habelə, 1/8 final və 1/4 final qarşılaşmaları oynanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR