İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatının finalındakı aksiyanın iştirakçıları ağır cəza aldı

1327 17.07.2018 14:32 İdman A A

Moskvanın Xamovniçes rayon məhkəməsi “Lujniki” stadionunda keçirilən fubol üzrə dünya çempionatının final oyununda meydana çıxan “Pussy Riot” qrupunun dörd üzvü – Veronika Nikulşina, Olqa Kuraçeva, Olqa Paxtusova və Petr Verzilov barəsində qərar çıxarıb.

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, qərara əsasən, onara 15 sutka həbs cəzası alıb.

Bundan başqa, həmin şəxslərə yaxın üç il ərzində Rusiya ərazisində keçirilən rəsmi idman mərasiminlərində iştirak qadağan olunub.

Bununla da qrupun üzvləri ittiham olunduğu maddə üzrə ən ağır cəza alıblar.

Xatırladaq ki, iyulun 15-də Fransa və Xorvatiya yığmaları arasında baş tutan oyunun 52-ci dəqiqəsində üç qız və bir oğlan meydana çıxıb. İnsident nəticəsində final oyununda bir neçə dəqiqə fasilə yaranıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR