Dünya çempionatı haqqında film çəkildi: Müller qadın paltarında (FOTO, VİDEO)
Noyabrın 10-da Berlində Braziliyada keçirilən 2014-cü ilin futbol üzrə Dünya çempionatında Almaniya millisinin gündəlik həyatından bəhs edən filmin təqdimatı olacaq. Musavat.com xəbər verir ki, məlumatı “Daily Mail” yayıb.
Sənədli filmdə Qoahim Lövün həyatından kadrlar nümayiş olunacaq. Filmin müəllifləri maraqlı epizodları da göstərəcəklərinə spz veriblər. Məsələn, “Bavariya”nın yarımmüdafiəçisi Tomas Mülleri almanların milli qadın geyimində, Bastian Şvaynştaygeri isə hotelin çimərliyində qolf oynayarkən görmək mümkün olacaq.
Xatıradaq ki, finalda Argentina millisini məğlub edən Almaniya yığması 2014-cü ilin dünya çempionu olub.
Musavat.com






