İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya buna inanmır: Makron isə 90 dəqiqədə İrana XƏBƏRDARLIQ etdi – ŞOK detallar

2686 11.06.2023 14:47 Gündəm A A

Fransa prezidenti Emmanuel Makron İran prezidenti İbrahim Rəisi ilə 90 dəqiqəlik telefon danışığı zamanı Tehranı Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmağa çağırıb. Makron İranın Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünün nəticələrinin ciddiliyinə diqqət çəkib.

İranın bu çağırışa cavab verəcəyi nə dərəcədə realdır? İran Rusiyaya PUA tədarükünü dayandıra bilərmi?

Politoloq Samir Hümbətov Musavat.com-a açıqlamasında bildirib ki, İranın Rusiya ilə əlaqələrini kəsməsi, ona dron verməsini dayandırması inandırıcı deyil.

samir esas.jpg (198 KB)

Politoloq vurğulayıb ki, İran və Rusiya arasında hərbi əməkdaşlıqla bağlı müqavilə var:

“Həmin müqaviləyə əsasən, onlar bir-birinə bu sahədə dəstək verirlər. Eyni zamanda Rusiyanın İrana 24 ədəd “Su-57” təyyarəsi satması barədə məlumatlar var. İran və Rusiya arasında nüvə sahəsində də əməkdaşlığın olması ilə bağlı gizli məlumatlar var idi. Nəzərə almaq lazımdır ki, İranın hava hücumundan müdafiə sistemləri, ümumiyyətlə, döyüş təyyarələri demək olar ki, köhnə nəsil döyüş təyyarələri olduğu üçün onlar o qədər də işə yaramırlar. Ona görə də onları dəyişdirmək lazım olur. İran da onları ən optimal variant kimi Rusiyadan ala bilər. Düşünürəm ki, İran “Şahid” dronlarını Rusiyaya verməklə qarşılığında təyyarələr alır”.

Politoloqun sözlərinə görə, İran və Rusiya arasında regional səviyyədə də əməkdaşlıq mövcuddur:

“Bilirsiniz ki, Suriya məsələsində İranla Rusiyanın əməkdaşlığı var. Müəyyən mənada Əfqanıstan üzərindən də bu addımı atmağa çalışırlar. Orta Asiya məsələsində də İranla Rusiyanın əməkdaşlığı var. Doğrudur, gərginlik, rəqabət də var, amma əməkdaşlıq daha çox önə çıxır. Ona görə də hesab edirəm ki, Fransa prezidentinin İran prezidenti ilə danışması hansısa məsələni dəyişməyəcək. Digər məqam ondan ibarətdir ki, Emmanuel Makron o qədər də ciddi bir siyasətçi kimi qəbul edilmir. Ona mövqeli siyasətçi kimi baxmırlar. İran prezidentinin Makronun sözü ilə hərəkət edəcəyinə inanmıram. Rusiya zəiflədikcə, İran regional maraqlarında dayağını itirmiş olur. İran hazırda Rusiya və Çinin dəstəyi ilə ayaqda qala bilir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR