İnsanlara hürriyət, millətlərə istiqlal!

DÜNYA BANKI RAYONLARIN SU FƏLAKƏTİ İLƏ BAĞLI MALİYYƏ AYIRIB

1572 01.09.2011 09:50 İqtisadiyyat A A
Qeyd edək ki, yalnız rayon mərkəzinin qazlaşdırılması və kəndlərin mavi yanacaqla təmin olunmaması səbəbindən meşə massivlərinin qırılması prosesi davam edir ki, bu da bulaqların qurumasına, Viləş çayında suyun azalmasına səbəb olub. Bu mənada yerli sakinlər kəndlərin qazlaşdırılması işinə başlanacağını səbirsizliklə gözləyir. Digər tərəfdən, artıq qışa odun tədarük etmək də ciddi problemə çevrilib.
Qeyd edək ki, bir neçə il əvvəl prezident İlham Əliyevin iştirakı ilə Yardımlı şəhərində qaz xəttinin açılışı həyata keçirildi. Rayon mərkəzi bundan sonra rahatlıq tapsa da, kəndlilər hələ də qazın nəql olunacağı günü gözləyir. Hesab olunur ki, kəndlərin qazlaşdırılması həm meşələrin qırılmasına son verər, həm də su mənbələrinin yox olmasının qarşısını alar.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılın sözlərinə görə, Yardımlının su təchizatının yaxşılaşdırılması məsələsində icraçı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir. Cəmiyyətin aparıcı mütəxəssisi Pənah Abdullayev bildirdi ki, Dünya Bankının ayırdığı vəsait kəndlər üçün yox, ancaq Yardımlı şəhəri üçün nəzərdə tutulub: “Bizə verilən göstəriş yalnız Yardımlı şəhərinin su təchizatı ilə bağlıdır, onu işləyirik. Yəqin ki, 2-3 aya tikinti işlərinə başlayacağıq. Şəhər daimi su ilə təmin olunacaq və kanalizasiya çəkilişi həyata keçiriləcək. Dünya Bankının ayırdığı vəsait Yardımlı şəhərinin su təchizatına bəs edir. Layihə bütün şəhəri və şəhərə birləşik kəndləri də əhatə edəcək. Bütün sistem təzədən qurulacaq. Hələlik keçirilən tenderin nəticələrinin elan olunmasını gözləyirik ki, müqavilə bağlanılsın və işlərə başlanılsın”.
Mütəxəssis rayonda su probleminin olduğunu təsdiqlədi və dedi ki, vəziyyətlə yerindəcə tanış olub: “Bizim qarşımıza tələb qoyulub ki, beynəlxalq standartlara cavab verən su olmalıdır. Hazırda 8 rayon üzrə iş gedir. Çalışacağıq ki, 1,5-2 ilə bu rayonların hamısında vəziyyət düzəlsin. Hər suyu da içmək üçün əhaliyə vermək olmaz. Ona görə də laboratoriyalarda suların yoxlanması prosesi gedir. Ümumiyyətlə, bir çox rayonların, o cümlədən Yardımlının kəndlərində su problemi var. Yəqin ki, dövlətin növbəti proqramı olacaq. Rayon mərkəzləri qurtarandan sonra kəndlərə də su çəkilişinə başlayacaqlar. Hələlik dövlətin proqramında qəbul olunub ki, kiçik şəhərlər və rayon mərkəzlərində bu problemlər həllini tapsın”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR