İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının və Dünya Azərbaycanlıları Assambleyasının rəhbərləri “Yeni Müsavat”ın qonağı oldular – FOTOLAR

1501 05.04.2018 17:53 Media A A

Bakıda səfərdə olan Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxti, Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev və dünyada tanınmış gənc fəallardan olan, "Forbes"də adı hallanan Siavoş Derəxti bu gün “Yeni Müsavat”ın qonağı olublar.

Musavat.com-un məlumatına görə, “Yeni Müsavat”ın Baş redaktoru Rauf Arifoğlunun iştirakı ilə keçən görüşdə bildirilib ki, hər iki təşkilatın rəhbərinin Bakıya səfərinin məqsədi birləşmə qurultayı məsələsi və Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi istiqamətində görüləcək işlərlə bağlı tədbirlər keçirməkdir.

Maraqlı keçən görüşdə dünya azərbaycanlılarının problemləri, Bütöv Azərbaycan məsələsi və digər mövzular müzakirə edilib.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı İsveçin Malmö şəhərində, Dünya Azərbaycanlıları Assambleyası isə Almaniyanın Köln şəhərində yerləşir. Hər iki təşkilat bu günlərdə birləşmə qərarı verib.

Xalidə Gəray,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR