İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünün və günün fotoları – bir şəhər, iki büsat, fərqli rəy

1880 23.04.2022 13:05 Gündəm A A

Bu mətndə yer alan iki fotonun məkanı eynidir, amma zamanı arasında təxminən 730 gün fərq var.

Biri iki il öncə, 2020-ci ilin baharında, Şuşada çəkilib, o biri isə bu il aprlelin 22-də həmin şəhərdə lentə alınıb.

Hər iki fotoda rəqs edənlər görünür.

Birincidə Şuşanı birdəfəlik aldıqlarına əmin olan ermənilərdir, Ermənistan dövlətinin başçısısı Nikol Paşinyanın ətrafında birləşib yallı gedirlər.

111.jpg (55 KB)

İkincidə bizimkilərdir, 28 ildən sonra Şuşanı yenidən düşmən tapdağından azad etməyin fərəhi ilə rəqs edirlər, sadəcə, bizdə kollektivcə yallı rahat alınmadığından hər kəs fərdi oyununu oynayır.

Hər iki şəkil özündə təntənə, təmtəraq, coşqu, sevinc, eyforiya əks etdirir.

Rəqs edən ermənilərin vecinə də deyil ki, bu şəhəri onlar salmayıblar, burada onlar yaşamayıblar. Onlara fərqi yoxdur. Hesab edirlər ki, dağların başındakı bu şəhəri yüz bir fitnə-fellə alıblar, iş bitib.

222.jpg (56 KB)

Bizimkilər isə yalnız indi fərqinə varıblar ki, çoxdan arzuladıqları doğma şəhərin yenidən bizdə olması necə fərəh doğurur. Bu adamların çoxu “Şuşa alınsın, gedib Cıdır düzündə ayaqyalın oynayacağam” deyə əhd edən adamlardır. İndi əhdlərinə vəfa edirlər və buna görə canını, qanını verən şəhid və qazilərə borcludurlar.

Di gəl, bu iki fotoya münasibətdə sosial şəbəkələrin Azərbaycan seqmentində fərqli rəylər var.

O vaxt Paşinyanın yallısına bir söz deməyən, etiraz etməyən, hətta qeyzlənməyən adamlar bu gün nəyə görəsə azərbaycanlıların Şuşada rəqs etməsinə dodaq büzür, mənfi fikirlər bildirirlər.

Şuşada çəkilib-paylaşılan şəkilləri xor görənlər də var. "Burada pis nə var ki" deyə soruşanlara millətçilikdən, demokratiyadan danışanlar tapılır.

Necə olur ki, ermənilər qəsb etdikləri şəhərdə təntənəli mərasimlər keçirəndə bu, işğalçılıq faktı, millətçilik təzahürü kimi qeyd olunmur, amma adamların öz şəhərlərində sevinməsi, rəqs etməsi, şəkil çəkdirməsi mənfi səciyyədə qəbul edilir?

Kosmoplitlik, hətta manqurtluq da bir yerə qədər.

Bu, məhz belə olmalıydı. Xalqın bağrından qopub Şuşa üçün, vətən torpağı üçün qurban gedən şəhidlər məhz buna görə canlarını fəda ediblər ki, önların soydaşları, qardaşları, övladları Şuşada xoş günlər yaşasınlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR