İnsanlara hürriyət, millətlərə istiqlal!

Dumadan Patriarxa dəstək - Qadınları aborta sövq edənləri bu cəza gözləyir

368 13.11.2023 20:37 Dünya A A

Rus patriarxın tələbi Dumada dəstəkləndi, aborta sövq edilmə qadağan ediləcək.

"Bəzi regionlardan sonra federal səviyyədə də qadınların aborta sövq edilməsi qadağan edilməlidir".

Musavat.com xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın Patriarxı Kiril sosial xidmət üzrə XI Ümumrusiya qurultayının açılış çıxışında bildirib.

O qeyd edib ki, aborta sövq edilmə ilə bağlı ilk cərimələr Mordoviya, Tver və Tambov vilayətlərində tətbiq edilib. Krımda özəl klinikalar abort xidmətləri göstərməkdən könüllü imtina etdikləri barədə regional Səhiyyə Nazirliyinə rəsmi məlumat veriblər.

Qadınların aborta sövq edilməsinin cəzalandırılması fikri Dumanın bir çox deputatları tərəfindən də dəstəklənib. Bununla bağlı eyni zamanda bir neçə qanunvericilik təşəbbüsü irəli sürülüb.

Dumanın vitse spikeri Anna Kuznetsova hamiləliyin dayandırılması üçün nəzərdə tutulan preparatların sayının uçotunun aparılmasını qadınların həyat və sağlamlığının qorunmasında mühüm addım adlandırıb. O həmçinin ekspertlər birliyinin "təhlükəsiz abort' anlayışının özünün ləğvinə dair fikirlərini də nəzərdən keçirməyi təklif edib.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR