İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

1553 20.09.2019 18:30 Maraqlı A A

Bu günlərdə Hollivudun məşhur ulduzu Lindsay Lohanın Səudiyyə Ərəbistanının vəlihədi şahzadə Məhəmməd ibn Salman ilə eşq yaşadığı barədə iddialar yayılmışdı. Lohan bu gün iştirak etdiyi radio proqramında bununla bağlı şok etiraf edib. 

Yayılan şayiələrlə bağlı müxbirin sualına ulduz bu cür cavab verib: “Bu gün tərk edildim”. 

“O, kimdir” sualına isə Lohan “Siz bilməzsiniz” deyib. Beləliklə də düşüncələrdə həmin adamın məhz şahzadə olduğu fikri yaranıb. 

Qeyd edək ki, Lohan bundan əvvəl Aron Karter, Vilmer Valderama, Samanta Ronson və Eqor Tarabasovla eşq macərası yaşayıb. Eşq dəftəri qalmaqallı olan ulduzun son olaraq şahzadə ilə sevgili olduğu iddia edilirdi. 

Yayılan məlumatlara görə, şahzadə Salman və aktrisa “Formula1” yarışları zamanı görüşüb, tanış olublar. Bundan sonra onların arasında isti münasibət yaranıb, şahzadə özünün şəxsi təyyarəsi ilə aktrisanı gəzdirib, bahalı hədiyyələr bağışlayıb. 

33 yaşlı aktrisanın meneceri bütün bu xəbərləri yalanlamış və bildirmişdi ki, onların arasında sadəcə dostluq münasibətləri var. 

Xalidə,
Müsavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR