İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay əmirinin Londona qaçan arvadına qarşı açdığı məhkəmə başlayır

841 30.07.2019 14:04 Gündəm A A

Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl Məktumun bu ilin əvvəlində uşaqları ilə birgə Dubaydan qaçaraq İngiltərəyə köçən həyat yoldaşı şahzadə Hayaya qarşı açdığı məhkəmənin ilk iclası bu gün Londondakı Ali Məhkəmədə həyata keçiriləcək. 

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, prosesin boşanma və ya təzminat məhkəməsi yox, “uşaqların gələcəyi” ilə bağlı olduğu bildirilir. Amerikanın ABC News televiziyasına görə, 4 milyard dolları aşan şəxsi sərvəti ilə dünyanın ən varlı insanlarından biri olan 70 yaşlı şeyx Məhəmməd Madonna və Gay Riçinin vəkili Helen Vard, İordaniya kralı Abdullanın ögey bacısı olan 45 yaşlı şahzadə Hayanı isə Fiona Şeklton təmsil edəcək. 

Əl Məktum 6-cı arvadı olan şahzadə Hayanın qaçmasından sonra qələmə aldığı bir şeirdə adını çəkmədiyi bir qadını “özünə və vətənə xəyanətdə” ittiham etmişdi. 

Prenses Haya Prens Charles ve Camilla Parker Bowles ile

Londonda 107 milyon dollarlıq bir evdə yaşadığı bildirilən Haya həyatından narahat olduğunu deyir. 2004-cü ildə evlənən cütlüyün iki uşağı var. Şeyx Məhəmməd fərqli qadınlardan 23 övlada malikdir. 

Musavat.com BBC-in təhlükəsizlik üzrə müxbiri Frenk Qardnerin şahzadəyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Haya şeyx Məhəmmədin qızlarından şahzadə Lətifənin keçən il qaçmağa çalışdıqdan sonra Dubaya geri aparılması ilə bağlı “narahatedici məlumatlar” öyrənməsinin ardınca Dubaydan gedib. 

Şahzadə Lətifə keçən il Birləşmiş Ərəb Əmirliklərindən qaçaraq Əmman limanından dənizə çıxmış, olduğu gəmi Hindistan yaxınlığında ikən silahlı şəxslərin hücumuna məruz qalıb və Lətifə Dubaya geri qaytarılmışdı. 

Şahzadə Haya o dönəmdə rəsmi Dubayı müdafiə etmək adına müəyyən açıqlamalar verib. Dubay yetkililəri Lətifənin qaçışının “pis məqsədlər üçün açıq” olduğunu, şahzadənin Dubayda təhlükəsiz şəraitdə olduğunu açıqlamışdılar. Amma insan haqları müdafiəçiləri Lətifənin öz iradəsi xaricində qaçırıldığını deyir. Şahzadə Hayaya yaxın qaynaqlar onun da qaçırılmaqdan və Dubaya geri aparılmaqdan qorxduğunu qeyd edir. 

Musavat.com xatırladır ki, şahzadə Hayanın bir ingilis cangüdənlə şəxsi münasibətlərinin olması və boşanan kimi onunla evlənmək planının olması da yayılan məlumatlar sırasındadır. 

Sevinc
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR